BAKI, 6 iyun. TELEQRAF
“Swire Pacific Offshore (Caspian)” MMC şirkəti ləğv olunduğunu elan edib.
Teleqraf xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1005 Bakı şəhəri, Səbai̇l rayonu, Rəsul Rza küçəsi, mənzil 11 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Swire Pacific Limited” şirkətinin tam mülkiyyətində olan törəmə müəssisəsi olan “Swire Pacific Offshore” (SPO) şirkəti dəniz neft və qaz sənayesində xidmət göstərir. SPO 1975-ci ildən Sinqapurda fəaliyyət göstərir və 1992-ci ildə öz baş ofisini bu ölkəyə köçürüb.
SPO və onun törəmə şirkətləri ABŞ istisna olmaqla, neft kəşfiyyatı ilə məşğul olan bütün əsas regionlarda gəmilər idarə edir və bu ölkələrdə ofislərə malikdir. Bu ölkələrə Anqola, Avstraliya, Azərbaycan, Braziliya, Bruney, Kamerun, Danimarka, Ekvatorial Qvineya, Qana, Hindistan, İndoneziya, Keniya, Malayziya, Nyufaundlend, Yeni Zelandiya, Norveç, Qətər, Filippin, Rusiya, Şotlandiya və Birləşmiş Ərəb Əmirlikləri aiddir.