BAKI, 14 aprel. TELEQRAF
Münaqişə uzanarsa və neft qiymətləri artmağa davam edərsə, İranla müharibənin zərəri daha ciddi ola bilər.
Teleqraf xəbər verir ki,bu barədə Beynəlxalq Valyuta Fondunun "Dünya iqtisadiyyatının perspektivlər" adlı hesabatında deyilir.
"Qlobal iqtisadiyyat bu dəfə Yaxın Şərqdə müharibənin başlanması səbəbindən böyük risk gözləyir".
Fond bu il üzrə qlobal iqtisadi artımın 3,1% olacağını gözləyir. Bu da yanvar ayı proqnozundan 0,2 faiz aşağıdır.
Sənəddə həmçinin iki uzunmüddətli münaqişə ssenarisi də qeyd olunub. Daha ağır ssenaridə, yəni neft və təbii qaz qiymətlərinin yanvar ayı ilə müqayisədə 100-200% artdığı və 2027-ci ilə qədər həmin səviyyədə qaldığı halda, bu il qlobal iqtisadi artımın cəmi 2% olacağı proqnozlaşdırılıb.
BVF-nin açıqlamasına görə, bu, qlobal tənəzzülün qaçılmaz olması deməkdir. İqtisadi artımın 2%-dən aşağı olması 1980-ci ildən bəri cəmi dörd dəfə müşahidə olunub.