BAKI, 15 aprel. TELEQRAF

Birləşmiş Millətlər Təşkilatı (BMT) İrana humanitar yardım üçün 12 milyon dollar ayırır.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin humanitar məsələlər üzrə rəhbəri Tom Fletçer sosial media hesabında məlumat verib.

O, İsrail və ABŞ-ın müharibə zamanı vurduğu ziyana toxunaraq bildirib: "Minlərlə mülki şəxs həlak olub. İnfrastruktur dağılıb. Kritik xidmətlər pozulub. Bu maliyyələşdirmə tərəfdaşlarımıza genişmiqyaslı və həyati əhəmiyyətli yardım göstərməyə kömək edəcək".