BAKI, 15 aprel. TELEQRAF

ABŞ Rusiyaya məxsus neftin tanker yükləmələrinə qarşı tətbiq etdiyi sanksiyaları yenidən qüvvəyə mindirib.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata görə, mart ayında müvəqqəti dayandırılan məhdudiyyətlər yenidən tətbiq olunub.

Nəşr qeyd edir ki, bu addım Ukraynanın tərəfdarlarını qane etsə də, Rusiyanın sanksiyalardan yayınmaq üçün hələ də müxtəlif imkanlara malik olduğu vurğulanır.

Bundan əvvəl “Bloomberg” yazıb ki, Asiya ölkələri ABŞ-dən Rusiya neftinə tətbiq olunan güzəştlərin uzadılmasını tələb edir.

ABŞ Dövlət Departamenti isə məhdudiyyətlərin yumşaldılmasının planlaşdırılmadığını və mövcud güzəştlərin aprel ayında başa çatacağını bildirib.