BAKI, 14 aprel. TELEQRAF
2025-ci ildə Azərbaycan bankları səhmdarlarına təxminən 480 milyon manat dividend ödəyib. Bank sektorunun aktivlərinin gəlirliliyi 2,1 faiz, kapitalın gəlirliyi 18.2 faiz təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın direktoru Vüsal Qurbanov 2025-ci il üzrə "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında deyib.
O bildirib ki, sektor hesabat dövründə sahibkarlara 480 milyon manata yaxın dividend ödəyib. Bu, 2024-cü illə müqayisədə təxminən 20 % azdır.