BAKI, 14 aprel. TELEQRAF

Macarıstanın Rusiya qazının idxalı ilə bağlı uzunmüddətli müqavilə öhdəlikləri var və bu öhdəliklər 2031-ci ilə qədər yenidən müzakirə edilə bilməz.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzeti Almaniya Xarici Əlaqələr Şurasının (DGAP) eksperti Andras Racza istinadən bildirib:

"Uzunmüddətli qaz idxalı müqaviləsini yenidən müzakirə etmək üçün ən erkən fürsət 2031-ci ildə olacaq. Mövcud müqavilələr və texnoloji məhdudiyyətlər mövcuddur. Macarıstanın yeni hökuməti tərəfindən ediləcək dəyişikliklər enerji sektorunu əhatə etməyəcək".