BAKI, 15 aprel. TELEQRAF

İran Tehrana səfər edən general Asim Munirin rəhbərlik etdiyi Pakistan nümayəndə heyəti ilə məsləhətləşmələrdən sonra ABŞ ilə danışıqların növbəti mərhələsi barədə qərar verəcək.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Məlumata görə, Livandakı atəşkəs İranın növbəti mərhələ barədə qərar verməsi üçün müsbət əlamət idi, lakin ABŞ danışıqlar prosesində məntiqi çərçivəyə riayət etməlidir.

Qeyd edək ki, aprelin 11-də İran və ABŞ İslamabadda bir neçə danışıqlar raundu keçiriblər. İran nümayəndə heyətinə Parlament sədri Məhəmməd Bağır Qalibaf, Amerika nümayəndə heyətinə isə vitse-prezident J.D. Vens rəhbərlik edib. Hər iki tərəfin sonradan bildirdiyi kimi, bir sıra fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli barədə razılığa gələ bilməyiblər. Tehran və Vaşinqton arasında dialoqun inkişaf perspektivləri bəlli deyil. ABŞ 13 apreldə İrana qarşı dəniz blokadası tətbiq edib.