BAKI, 15 aprel. TELEQRAF
Dövlət borcuna xidmətlə bağlı xərclər 2027-ci il üzrə 2 milyard 397,5 milyon manat məbləğində proqnozlaşdırılır. Bu xərclərin 1 milyard 427,5 milyon manatını xarici dövlət borcu üzrə xərclər təşkil edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsində qeyd edilib.
Dövlət borcu üzrə proqnozlaşdırılan faiz xərcləri 2027-ci il üçün 1196,8 milyon manat məbləğində, o cümlədən, xarici dövlət borcu üzrə 364,0 milyon manat və daxili dövlət borcu üzrə 832,8 milyon manat məbləğində nəzərdə tutulub.