BAKI, 15 aprel. TELEQRAF
ABŞ və İran münaqişənin həlli üçün razılığa yaxınlaşıblar.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumatına görə, Amerika və İran danışıqları aparanlar irəliləyiş əldə edərək müharibəyə son qoymaq üçün çərçivə sazişinə yaxınlaşıblar: "Lakin tərəflər arasında əhəmiyyətli fikir ayrılıqları nəzərə alınmaqla, razılaşmanın təmin olunmayıb".
Axios yazır ki, ABŞ və İran arasında birbaşa danışıqların yeni mərhələsi çox güman ki, atəşkəs müddəti bitməmişdən əvvəl yaxın günlərdə baş tutacaq.