BAKI, 14 aprel. TELEQRAF

Qlobal polad tələbatının 2026-cı ildə 0,3% artaraq 1,724 milyard tona, 2027-ci ildə isə 2,2% artımla 1,76 milyard tona çatacağı gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə Dünya Polad Assosiasiyasının (WSA) proqnozunda deyilir.

"Son proqnozlar 2025-ci ilin oktyabr ayı hesabatında göstərilən trayektoriyanı təsdiqləyir və qlobal polad tələbatı 2025-2026-cı illər arasında minimum səviyyəyə düşəcək".

Sənədə görə, mülayim iqtisadi artıma keçid 2026-cı ildə başlayacaq və 2027-ci ildə əhəmiyyətli dərəcədə sürətlənəcək:

"Çində polad tələbatında azalma 2026-cı ildə -1,5%-ə qədər yavaşlayacaq. 2027-ci ildə faktiki olaraq dəyişməz qalacaq. Assosiasiya qeyd edir ki, Hindistan 2026-cı ildə 7,4% artımla ən sürətlə böyüyən əsas bazar olaraq qalacaq.

Bununla yanaşı, Avropa İttifaqı və Böyük Britaniyada tələbat 2026--2027-ci illərdə müvafiq olaraq 1,3% və 3%, ABŞ-da isə 1,7% və 2% artacaq. Assosiasiya həmçinin Afrika üçün nikbin proqnozu qoruyub saxlayıb. 2026-cı ildə 3,8%, 2027-ci ildə isə 4,6% artım proqnozlaşdırıb.