BAKI, 15 aprel. TELEQRAF

Macarıstanın Baş naziri Viktor Orban 22-24 aprel tarixlərində Kiprdə keçiriləcək qeyri-rəsmi Avropa İttifaqı sammitində iştirak etməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" Aİ mənbələrinə istinadən məlumat yayıb.

Onlar izah ediblər ki, Aİ qaydalarına görə, belə hallarda iştirak etməyən lideri sammitdə həmkarlarından biri təmsil etməlidir. Macarıstan baş nazirinin bunu həmkarı, Slovakiyanın Baş naziri Robert Fitsodan xahiş etməsi gözlənilir.