BAKI, 14 aprel. TELEQRAF
Londonun LME birjasında alüminium qiymətləri dörd ilin ən yüksək səviyyəsinə yüksələrək tonu 3600 dolları ötüb. Bu artım Ağ Ev rəhbəri Donald Trampın İran limanlarını bağlamaq qərarından sonra baş verib.
Teleqraf xəbər verir ki, spot alüminium qiymətləri fyuçersləri üstələyir. Bu da bazarda təchizat çatışmazlığının yaşandığı bir vəziyyət üçün xarakterikdir. Xüsusilə, spot və üç aylıq fyuçerslər arasındakı fərq 2007-ci ildən bəri rekord səviyyəyə (ton üçün 95,50 dollara) çatıb.
Qlobal alüminium istehsalının təxminən 9%-i Yaxın Şərqin payına düşür. Regionun ən böyük istehsalçısı olan "Emirates Global Aluminum PJSC"nin əritmə zavodlarından birinin sıradan çıxmasından sonra fors-major vəziyyət elan edib.
İran müharibəsinin yaratdığı qıtlıq fonunda qlobal alüminium qiymətləri hələ də artmaqdadır. Bununla belə, metalın əhəmiyyətli ehtiyatlarını toplayan Çində tələbat hələ də aşağı səviyyədədir.