BAKI, 14 aprel. TELEQRAF
Mərkəzi Bank rəhbərliyi illik "Maliyyə Sabitliyi Hesabatı"nda median aylıq kirayə haqqının 1 000 manatı ötməsi ilə bağlı açıqlanan rəqəmə aydınlıq gətirib.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərin suallarını cavablandıran Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə bildirib ki, onlayn platformalarda təklif edilən qiymətlərə əsaslanılır:
"Bankın açıqladığı median kirayə haqqı aktiv deyil, təklif qiymətinə əsaslanır.
Qeyd edək ki, "Maliyyə Sabitliyi Hesabatı"nda dekabr ayının sonunda ölkə üzrə təklif edilən median aylıq kirayə haqqının 1 002 manat təşkil etdiyi qeyd edilir. Bu da daşınmaz əmlakın kapitalizasiya müddətinin 20,9 il olmasını şərtləndirir.
2024-cü illə müqayisədə kapitalizasiya müddətində 1,4 illik artım müşahidə olunur ki, bu da il ərzində mənzil qiymətlərinin artımının kirayə qiymətləri ilə müqayisədə daha sürətli artımı ilə əlaqələndirilir.