BAKI, 14 aprel. TELEQRAF

Sığorta sektorunda zərərlilik qeyri-həyat sığortasındadır.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə mətbuat konfransında deyib:

"Qeyri-həyat sığortasında zərərlilik 55 faizdir. Ən böyük artım avtosığortadadır. 2025-ci il üzrə icbari avtosığorta üzrə zərərlilik 74%-dən 85%-ə yüksəlib. Bu da əsas taksi fəaliyyəti ilə bağlıdır. Taksi xidmətində sığorta haqqının artırılması ödənişlərin yüksəlməsinə səbəb olub. Bu da sektorun zərərini artırıb.

Daşınmaz əmlakın sığortası ilə bağlı qanunvericilik layihəsi artıq hökumətlə razılaşdırılıb. Burada əsas məqsəd katastrofik halları qiymətləndirmək, büdcəyə düşən fiskal yükü yüngülləşdirməkdir".