BAKI, 15 aprel. TELEQRAF

Baş nazir Binyamin Netanyahu bildirib ki, İsrail şiə təşkilatı Hizbullaha qarşı hərbi əməliyyatlar aparmağa davam edir. Məqsəd Livanda güc vasitəsilə sülh yaratmaqdır.

Teleqraf xəbər verir ki, Netanyahu Livanın Bint Cbeyli şəhərini ələ keçirməyə yaxın olduqlarını bildirib: "Biz tezliklə Hizbullahın ən böyük qalasını məhv edəcəyik. Orduya Livanın cənubunda təhlükəsizlik zonasını genişləndirməyə davam etməyi tapşırmışam. Eyni zamanda, biz Livanla danışıqlar aparırıq. Bu danışıqlar 40 ildən çoxdur ki, baş tutmayıb. Onlar indi başlayıb, çünki biz çox güclüyük və təkcə Livan deyil, digər ölkələr də bizə müraciət edir. Livanla danışıqlarda iki əsas məqsəd var: birincisi, Hizbullahın tərksilah edilməsi, ikincisi isə davamlı sülhün yaradılması. Güc vasitəsilə sülh".