BAKI, 14 aprel. TELEQRAF
Bu ilin fevralında Azərbaycandan xarici ölkələrə 146 min 861 nəfər səfər edib.
Dövlət Turizm Agentliyindən Teleqraf-a verilən məlumata görə, Türkiyəyə 57 min 192 səfər reallaşıb.
Rusiyaya 21 min 143, İrana isə 16 min 652 nəfər gedib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə İrana səfərlər artıb.