BAKI, 15 aprel. TELEQRAF

ABŞ İrana qarşı müharibənin "maliyyə ekvivalenti"nə doğru irəliləyir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent bunu Ağ Evdə jurnalistlər üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, bir neçə Körfəz ölkəsi bank hesablarındakı İran vəsaitlərinin müəyyənləşdirilməsi üçün ABŞ-nin köməyinə ehtiyac duyur: "Biz onlara İslam İnqilabı Keşikçiləri Korpusuna, eləcə də İran rəhbərliyinin üzvlərinə məxsus daha çox aktivi dondurmaq niyyətimizi izah edən bir sorğu göndərmişik. Bundan əlavə, biz dövlətlərə məlumat vermişik ki, əgər onlar İran neftini alsalar və ya banklarında İran vəsaitlərini saxlasalar, ikinci dərəcəli sanksiyalar tətbiq etməyə hazır olacağıq. Bu, çox sərt bir tədbirdir. İranlılar başa düşməlidirlər ki, bu, kinetik zərbələr baxımından baş verənlərin maliyyə ekvivalenti olacaq".