BAKI, 14 aprel. TELEQRAF
Daşınmaz əmlakın icbari sığortası ilə bağlı qanunvericiliyə dəyişiklik layihəsi Nazirlər Kabinetinə təqdim edilib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə mətbuat konfransında deyib.
O bildirib ki, daşınmaz əmlakla bağlı sığorta məbləğlərinin artırılması nəzərdə tutulur:
"Hazırda qüvvədə olan qanunvericilik katastrofik riskləri əhatə etmir, odur ki, sığorta məbləğləri azdır. Yanğın, partlayış, ildırım riskləri də daxil olmaqla yeni konsepsiya hazırlanıb. Evin kvadratmetrinə uyğun olaraq sığorta məbləği müəyyən ediləcək. Məqsəd sığorta hadisəsi baş verdikdə vətəndaşa evin dəyərinə yaxın sığorta haqqının ödənilməsidir".