BAKI, 15 aprel. TELEQRAF
Mərkəzi Bank “A+CO” ASC, “DİADEM” ASC və “Ekolizinq” MMC-ni hesabatların vaxtında təqdim edilməməsi səbəbi ilə cərimələyib.
Bu barədə Teleqraf-a tənzimləyicidən bildirilib.
Qeyd edilib ki, cari nəzarət prosesləri çərçivəsində qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim olunması və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulması səbəbi ilə “A+CO” ASC, “DİADEM” ASC və “Ekolizinq” MMC İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə uyğun olaraq hər biri 2000 manat məbləğində cərimə edilib.