BAKI, 29 may. TELEQRAF
Bu ilin yanvar-mart aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisə 4,6 faiz artaraq 8 milyard 483,3 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsinən Teleqraf-a verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz artaraq 4 milyard 782,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 10,6 faiz artaraq 3 milyard 701 milyon manata bərabər olub.
İstehlak məhsullarının 37,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 52,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 10,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Hesabat dövründə paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı 2024-cü ilin birinci rübü ilə müqayisədə orta hesabla ayda 90,4 manat çox əmtəə alıb.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 56,4 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 13,5 faizi toxuculuq məhsulları, geyim, ayaqqabıların, 4,9 faizi elektrik malları və mebelin, 3,6 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 4,2 faizi əczaçılıq və tibbi malların, 8,9 faizi avtomobil yanacağının, 8,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.