BAKI, 21 dekabr. TELEQRAF

Avropa və Kiyev tərəfindən ABŞ-nin Ukrayna müharibəsi ilə bağlı layihəsinə təklif olunan dəyişikliklər sənədin keyfiyyətini yaxşılaşdırmır və uzunmüddətli sülhün əldə olunmasına mane olur.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.

O vurğulayıb ki, Avropa və Ukrayna tərəfinin təqdim etdiyi və ya təqdim etməyə çalışdığı təkliflər layihəni yaxşılaşdırmır və davamlı sülh perspektivlərini zəiflədir:

“Bu, proqnoz deyil. Mən əminəm ki, avropalılar və ukraynalılar tərəfindən irəli sürülən təkliflər sənədi yaxşılaşdırmır və uzunmüddətli sülhün təmin olunmasına imkan vermir”.