BAKI, 21 dekabr. TELEQRAF
"Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı başladığı müharibədə qarşıya qoyduğu əsas məqsədlərə nail ola bilməyib".
Teleqraf xəbər verir ki, Bu barədə ABŞ dövlət katibi Marko Rubio"Independent" nəşrinə açıqlamasında deyib.
Rubionun sözlərinə görə, müharibənin başa çatdırılması üçün Rusiya və Ukrayna danışıqlar zamanı qarşılıqlı kompromisə getməlidirlər:
“Bu müharibənin bitməsi hər iki tərəfin müəyyən güzəştlər etməsini tələb edəcək. Hazırda ABŞ tərəflərin nəyə hazır olduqlarını müəyyənləşdirməyə çalışır”.
ABŞ rəsmisi qeyd edib ki, hazırda Putinin sülh razılaşmasına meyilli olub-olmaması və ya Ukrayna üzərində tam nəzarət hədəfinin davam edib-etmədiyinin dəqiq bilinmədiyini söyləyib:
“Putin müharibənin əvvəlində nə istəyirdi – bunu hamı bilir. O, həmin hədəflərə çata bilmədi".