BAKI, 28 may. TELEQRAF
2025-ci ilin aprel ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2.3 faiz (3,599 yeni əmanətçi) artaraq 161,856 nəfər çatıb.
Teleqraf xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistikaya görə, artım ilin əvvəlindən isə 7.5 faiz (11,337 nəfər) olub.
Bank sektorunda “unikal əmanətçi” dedikdə, bir və ya bir neçə bankda müddətli əmanətləri olan şəxslər nəzərdə tutulur. Məsələn, bir şəxsin 5 müxtəlif bankda müddətli əmanəti mövcuddursa, o, ümumi statistikada yalnız bir unikal əmanətçi kimi qeyd olunur.
AMB hesab edir ki, bu, bank sektorunda əmanətçilərin real sayını daha dəqiq təyin etməyə imkan verir.