BAKI, 24 may. TELEQRAF
"Sosial Müdafiə Fondu" (DSMF) publik hüquqi şəxsi "RR Travel Company" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.
Teleqraf xəbər verir ki, müqavilənin dəyəri 5 milyon 148 min 104 manatdır.
Razılaşmaya əsasən, "RR Travel Company" MMC bu məbləğə DSMF-nin beynəlxalq konfransının təşkilini həyata keçirəcək. Konfrans mayın 29-u Bakı şəhərinin Xəqani Rüstəmov küçəsində yerləşən 5 ulduzlu otellərin birində təşkil ediləcək.
Xatırladaq ki, tenderin ilkin ehtimal edilən qiyməti 89.648,73 AZN olub.
Müvafiq işlərin görülməsinə ötən gündən başlanılıb, bu ayın 31-ə qədər isə yekunlaşdırılması planlaşdırılır.
Onu da bildirək ki, qalib şirkət olan "RR Travel Company" MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir, qanuni təmsilçisi isə Şirvanskaya Günəş Yəhya qızıdır.