BAKI, 21 may. TELEQRAF
Sumqayıt şəhəri Qurd dərəsi qəsəbəsində balans ölçü qovşağında aparılan təmir işləri ilə əlaqədar saat 10:20 dən etibarən qaz təchizatı dayandırılıb.
Bu barədə Teleqraf-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Qurd dərəsi, Təzə Corat qəsəbəsi, Köhnə Coratın bir hissəsi, 13 və 16-cı mikrorayonlarda qaz təchizatında müvəqqəti fasilə yaranıb.