BAKI, 21 may. TELEQRAF
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən vergi ödəyicilərinin daşınar və daşınmaz əmlakları hərraca qoyulacaq.
Teleqraf xəbər verir ki, hərracda 4-ü avadanlıq, 3-ü nəqliyyat vasitəsi, 2-i torpaq sahəsi və biri əmlak kompleksi olmaqla toplam 10 əmlak satışa çıxarılacaq.
Sözügedən əmlakların ilkin satış qiymətləri isə 1 100 manatdan 350 min manata qədər dəyişir.
Qeyd edək ki, hərrac iyunun 12-də baş tutacaq və iştirak üçün daşınar əmlaklar üzrə əvvəcədən 10 faiz, daşınmaz əmlaklar üzrə isə 5 faiz beh tələb olunur.