​BAKI, 20 may. TELEQRAF

Azərbaycan bu ilin yanvar-aprel aylarında 74 milyon 731 min dollar dəyərində 60 min 148 ton pomidor ixrac edib.

Teleqraf xəbər verir ki, Dövlət Gömrük Komitəsinin açıqladığı hesabata görə, bu, ötən ilin uyğun dövrü ilə müqayisədə müvafiq olaraq 5 və 15 faiz çoxdur.

2024-cü ilin uyğun dövründə 71 milyon 167 min dollar dəyərində 52 min 175 ton pomidor ixrac edilmişdi.

Pomidor ixracının 2025-ci ilin ilk 4 ayının qeyri-neft sektoru üzrə ixracına nisbəti 6.99 faiz olub.