BAKI, 19 may. TELEQRAF
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı kardioloji tibbi sərf materiallarının alınmasına 793 min 510 manat xərcləyəcək.
Teleqraf xəbər verir ki, qurum bunun üçün tender elan edib və müvafiq podratçı axtarışındadır.
Qeyd edək ki, təkliflərin son təqdim olunma tarixi iyunun 13-dür. Zərflərin də həmin gün açılması planlaşdırılır.
Xatırladaq ki, bundan əvvəl 2024-cü ildə Mərkəzi Gömrük Hospitalı "Azəri Med" Qapalı Səhmdar Cəmiyyətindən 252 min 610 manat dəyərində kardioloji tibbi sərf materialları almışdı.