BAKI, 15 may. TELEQRAF

Bu ilin yanvar-aprel aylarında Naxçıvanda ümumi daxili məhsul istehsalı 475 milyon 460 min 400 manat olub.

Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.

Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,8 faiz artaraq 1009,0 manat olub.