BAKI, 15 may. TELEQRAF
"Sumqayıt-Polimer" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Teleqraf xəbər verir ki, yığıncaqda şirkətin mühasibat balansı, mənfəət və zərər hesabatlarının təsdiq edilməsi və digər məsələlər haqqında müzakirələr olunacaq.
Yığıncaq iyunun 30-u saat 15:00-da baş tutacaq.
Qeyd edək ki, şirkət 1998-ci ildə dövlət qeydiyyatına alınıb və 1 milyon 483 min 504 manat nizamnamə kapitalı var. Qanuni təmsilçisi isə Kazımov Şahmar Qiyas oğludur.