BAKI, 15 may. TELEQRAF
Azərbaycan Mərkəzi Bankı "Xalq" Banka investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirməyə icazə verən müddətsiz lisenziya verib.
Bu barədə məlumat Teleqraf-a Mərkəzi Bankdan verilib.
Məlumata görə, lisenziya “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 74-3.4-cü maddəsinə əsasən verilib.
"Xalq" Bank hazırda investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirmək lisenziyası olan yeganə bankdır.