BAKI, 15 may. TELEQRAF

2025-ci ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən şəkər və qənd istehsalında 59,7% artım olub.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Cari ildə ölkədə 85,1 min ton şəkər və qənd istehsal edilib.

Mayın 1-i vəziyyətinə ölkənin hazır məhsul ehtiyatı 5,7 min tondur.