BAKI, 15 may. TELEQRAF

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 674,2 ton mis konsentratı istehsal edilib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən istehsalda 9,3 dəfə artım olub.

Mayın 1-i vəziyyətinə ölkənin hazır məhsul ehtiyatı 154,8 tondur.