BAKI, 15 may. TELEQRAF

Azərbaycanda bu ilin yanvar-aprel aylarında 424,4 min ton benzin istehsal edilib.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 17 faiz azdır.

Bu il mayın 1-nə hazır benzin ehtiyatı 44 min tondur.