BAKI, 15 may. TELEQRAF

“Bakı Metropoliteni” QSC üçün 1 milyon manata transformatorlar satın alınacaq.

Teleqraf xəbər verir ki, bu barədə qurum açıq tender elan edib.

4 transformatorun alınması üçün ehtimal olunan qiymət 1 milyon 70 min 543 manatdır. Təchizatçılar təkliflərini təqdim etmək üçün 600 manat iştirak haqqı ödəməlidirlər.

Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi iyunun 2-nə təyin olunub.