BAKI, 13 may. TELEQRAF
Bu ilin yanvar-aprel aylarında nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmş ƏDV üzrə 9 milyon 63,5 min manat geri qaytaralıb.
Bu barədə məlumat Teleqraf-a Maliyyə Nazirliyindən verilib.
Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması Azərbaycan prezidentinin 2022-ci il 25 may tarixli “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” fərmanı ilə təsdiq edilib.