BAKI, 8 may. TELEQRAF

Əhməd Rəcəbli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyidən Teleqraf-a verilən məlumata görə Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu”metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədar Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişməsindən Fətəli Xan Xoyski küçəsinə qədər, aparılan əsaslı yenidənqurma işləri zamanı yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalının azaldılması məqsədilə hərəkətin tam şəkildə məhdudlaşdırılması zərurəti yaranıb.

Bununla əlaqədar 9 may saat 00:00-dan başlayaraq Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişməsindən Fətəli Xan Xoyski küçəsinə qədər tam şəkildə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.