BAKI, 25 aprel. TELEQRAF

Mərkəzi Bank (AMB) “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsini cərimələyib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Məlumata görə, qurum tərəfindən aparılmış kompleks yoxlama çərçivəsində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-də "Marja Ticarəti Qaydası"nın 7.2-ci və "İnvestisiya Şirkətləri Tərəfindən İnvestisiya Xidmətlərinin (Əməliyyatlarının) Həyata Keçirilməsi Qaydası"nın 12.1-ci bəndlərindəki tələblərin pozulması aşkar olunub.

Yoxlama nəticəsində şirkətin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 416.0.1-ci maddəsinə əsasən 700 manat məbləğində cərimə edilib.