BAKI, 25 aprel. TELEQRAF
Bu ilin yanvar-mart aylarında Azərbaycanda sığorta şirkətləri arasında ən çox yığım “Paşa Həyat Sığorta”da olub.
Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, şirkət birinci rübdə 161 milyon 832 min manat sığota haqqı toplayıb.
İkinci sırada 114 milyon 882 min manatla “Paşa Sığorta” yer alıb. Üçüncü sırada “Atəşgah Həyat Sığorta” şirkəti 27 milyon 625 min manat premium qazanıb. Sığorta haqlarının rekinqində “Qala Sığorta” ASC 25 milyon 181 min manatla dördüncü, “Atəşgah” sığorta şirkəti isə 14 milyon 849 min manatla beşinci sırada qərarlaşıb.
İlk 3 ayda ən az sığorta haqqı toplayan şirkət isə "İpək Yolu Sığorta" olub - 482 min manat
Ümumilikdə, rüb ərzində bütün sığorta şirkətləri tərəfindən 399 milyon 83 min manat sığorta haqqı toplanıb.
Xatırladaq ki, ötən il ən çox sığorta haqqına sahib şirkət də “Paşa Həyat Sığorta” olmuşdu - 594 milyon 399 min manat.