BAKI, 25 aprel. TELEQRAF
Məişət tullantılarından istifadə hesabına istehsal edilən elektrik enerjisinin həcmi azalıb.
Teleqraf xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2024-cü ildə məişət tullantılarından istifadə hesabına 232,5 milyon kVt saat enerji istehsal edilib.
Bu, 2023-cü illə müqayisədə 4,3 faiz azdır.