BAKI, 22 aprel. TELEQRAF

Bu ilin yanvar-mart ayları ərzində 11 hərrac keçirilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 223 nəqliyyat vasitəsi özəlləşdirilib.

Teleqraf xəbər verir ki, ilin birinci rübündə hərraca çıxarılmış dövlət əmlakı üzrə 71 elektron sifariş qəbul edilib.

Hesabat dövründə 137-si qeyri-yaşayış, 847-si isə torpaq sahələri üzrə olmaqla 984 yeni icarə müqaviləsi bağlanılıb.

Cari ilin ilk 3 ayında özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 40,3 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 87,9% çoxdur.

Hesabat dövründə daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 10,4 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 13% artım qeydə alınıb.

Ümumilikdə bu ilin yanvar-mart ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 50,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 65,2% çoxdur.