
BAKI, 18 aprel. TELEQRAF
"Flame Towers"in yaxınlığında 12 000 000 manata yarımçıq tikili satışa çıxarılıb.
Teleqraf Bina.az-a istinadən xəbər verir ki, yaşayış evi 14 otaqdan ibarətdir və ümumi sahəsi 3 600 kvadrat metr təşkil edir. Villanın şəhər və dəniz mənzərəsi də var.
Mülk 20 sot torpaq sahəsində yerləşir və özəl mülkiyyət statusuna malikdir.
Elanda real müştəriyə endirim tətbiq olunacağı da qeyd olunub.