BAKI, 17 aprel. TELEQRAF
May ayından etibarən Bakıdan Antalya, Trabzon, Astana, Milan və Kişineu istiqamətlərində reyslərin tezliyi artırılacaq.
"Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) Teleqraf-a verilən məlumata görə, Antalya istiqamətində 1 maydan etibarən gündəlik uçuşlar yerinə yetiriləcək. Trabzon istiqamətində isə 12 maydan uçuşların sayı həftədə 5-ə çatdırılacaq. Bakı–Astana marşrutu üzrə də 12 maydan etibarən həftədə 4 reys həyata keçiriləcək.
Avropa istiqamətində də tezlik artırılır – Bakı–Milan reysləri 1 aprel tarixindən həftədə 6 dəfə həyata keçirilir, 13 maydan etibarən gündəlik uçuşlar yerinə yetiriləcək.
Artan tələbatı nəzərə alaraq 2025-ci ilin aprel ayından Bakı–Kişineu–Bakı marşrutu üzrə reyslərin sayı həftədə 5 dəfəyə çatdırılıb.
Qeyd edək ki, mayın əvvəlindən bu istiqamətdə uçuşlar həftədə 6 dəfə, 12 may tarixindən isə gündəlik həyata keçiriləcək.