BAKI, 11 aprel. TELEQRAF

Ələt Azad İqtisadi Zonası üzrə İşçi Qrupunun ikinci iclası zamanı karqo hava limanının tikintisi üzrə görülən işlər müzakirə edilib.

Teleqraf xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında qeyd edib.

"Ərazidə reallaşdırılan layihələr, investorların səmərəli fəaliyyəti üçün dayanıqlı infrastrukturun və kommunal xidmətlərin qurulması, karqo hava limanının tikintisi üzrə görülən işləri və növbəti addımları müzakirə etdik", ­– deyə nazir qeyd edib.