BAKI, 8 aprel. TELEQRAF

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Qurumdan Teleqraf-a verilən məlumata görə indiyədək ölkə ərazisində 105.694 ədəd belə NKA quraşdırılıb.

2025-ci ilin yanvar-mart aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 6 milyard 114,2 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 596,2 milyon manatdan, yaxud 10,8 faizdən çoxdur.

Qeyd edək ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.