
BAKI, 4 aprel. TELEQRAF
Bu ilin mart ayında Türkiyənin Azərbaycana ixracı 184 milyon 67.85 min dollar olub.
Teleqraf xəbər verir ki, Türkiyə İxracatçılar Məclisinin açıqladığı məlumata görə, bu, ötən ilin müvafiq ayı ilə müqayisədə 2,6 faiz azdır.
Ötən ilin mart ayında Türkiyədən Azərbaycana ixrac 189 milyon 1.18 min dollar olmuşdu.
Bu ilin birinci rübündə isə Türkiyədən Azərbaycana ixrac 495 milyon 156.34 min dollar olub. Bu ötən ilin uyğun dövrü ilə müqayisədə 3,2 faiz azdır.
2024-cü ilin birinci rübündə bu rəqəm 511 milyon 368.69 min dollar olmuşdu.