BAKI, 10 aprel. TELEQRAF

Amerikalı jurnalist Taker Karlson ABŞ-nin Rusiya ilə müharibədə uduzduğunu və Ukraynanın Vaşinqtonu heç vaxt maraqlandırmadığını iddia edir.

Teleqraf xəbər verir ki, o, baş verənlərin Ukrayna ilə bağlı olmadığını deyib.

“Zənnimcə, Vaşinqtondakı siyasətçilər hələ də anlamırlar ki, Rusiya ilə müharibədə uduzmuşuq. Bu müharibəni ABŞ - Pentaqon, Dövlət Departamenti, Mərkəzi Kəşfiyyat İdarəsi aparırdı. Bu, heç vaxt Ukrayna ilə bağlı olmayıb”, - jurnalist qeyd edib.

Karlson iddia edir ki, ABŞ heç vaxt Ukrayna və müharibədə həlak olan yüz minlərlə ukraynalı ilə maraqlanmayıb. Üstəlik, onun fikrincə, bu, Vaşinqtonun uduzduğu Rusiya ilə ABŞ arasında gedən müharibədir.

“Ukraynanı məhv etdik. Heç kimin vecinə deyil. Bu, Rusiyaya qarşı müharibə idi, amma udzan biz olduq. Mən narahatam, çünki heç kim bunu yüksək səslə deməyəcək ki, biz öz gücümüzü həddən artıq qiymətləndiririk”, - Karlson vurğulayıb.

Jurnalist ABŞ-nin Rusiyaya qarşı məğlubiyyətini etiraf edə bilməyəcəyini söyləyib.