BAKI, 10 aprel. TELEQRAF
“Agas Group” MMC-yə Hacıqabul Sənaye Parkının rezidenti statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 12-yə çatıb.
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən Teleqraf-a verilən məlumata görə, şirkət tərəfindən Sənaye Parkının ərazisində 2,5 MVt-lıq günəş elektrik stansiyasının (GES) qurulması planlaşdırılır.
Layihənin həyata keçirilməsi ilə Sənaye Parkının enerji təminatının bir hissəsi alternativ və bərpa olunan enerji mənbələrinin hesabına ödəniləcək.
İnvestisiya dəyəri 1,4 milyon manat olan layihə çərçivəsində 5 nəfər daimi işlə təmin olunacaq.