BAKI, 10 aprel. TELEQRAF

2025-ci ilin mart ayında Azərbaycanda istehlak qiymətləri indeksi 2024-cü ilin mart ayına nisbətən 5,9 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,5 faiz, qeyri-qida məhsulları üzrə 2,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7,5 faiz artıb.

Teleqraf bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2025-ci ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,6 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6 faiz artıb.