
BAKI, 10 aprel. TELEQRAF
Rusiyanın sıxışdırıb çıxarmaq cəhdlərinə baxmayaraq, Ukrayna ordusu Kursk vilayətinin bir hissəsini nəzarətdə saxlamaqda davam edir.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Avropa Komandanlığının (EUCOM) komandanı general Kristofer Kavoli deyib.
“Kurskun böyük bir hissəsində hələ də Ukraynanın önəmli sayda qüvvəsi var. Belqorodun cənubunda da müdafiə zonasını çox yaxşı şəkildə saxlayırlar”, - general bildirib.